Bakıda kişi arvadını qısqandığı üçün qətlə yetirib, özünü öldürmək istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Oxu.Az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası oktyabrın 4-nə təyin edilib.
Hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında, binanın arxasında baş verib. Həmin ərazidə Təranə Novruzova əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.
Əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu arvadına iki güllə vurduqdan sonra özünü güllələmək istəyib. Lakin silah əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb.
Kişi yaralı şəkildə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, həyatını xilas etmək mümkün olub.
Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
İlkin ehtimallara görə, kişi qadını qısqanclıq zəminində qətlə yetirib. Qətli törətməzdən əvvəl Z.Novruzov spirtli içki qəbul edibmiş.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı qadına əcnəbi tərəfindən 6 min manatlıq dələduzluq edildi
Bakıda “Təcili yardım” həkimi döyülüb
Bakıda qadının övladları ilə özünü atmasının DETALLARI - VİDEO
Yaşlı qadının üstünə benzin töküb yandırdılar – Azərbaycanda DƏHŞƏT – Foto
Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ
Bakıda 13 yaşlı yeniyetmə qız 10-cu mərtəbədən yıxılıb