09.07.2020 - 12:55
Hadisə
24 baxış
Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı, 8 nəfər saxlanıldı - FOTO
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən “Minval.info”ya verilən məlumata görə, Əlahiddə Çevik Alayı və Binəqədi RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 8-də “Beyləqan” kafesinin icarədarı, işçiləri və müştəriləri 5-ci Polis Bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.
Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.
Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kefenin icarədarı 3000 manat, digərləri 200 manat cərimə olunublar.



ƏLAQƏLİ
Bunu da oxu
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
20.10.2026 - 14:34
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
20.10.2026 - 12:14
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24