Bakıda "kamikadze sürücü" ölüm saçdı - VİDEO
Bakıda qarşı yola çıxaraq təhlükə yaradan, o cümlədən hərəkətlərində avtoxuliqanlıq elementləri olan sürücü kameraya düşüb.
“Report”un xəbərinə görə, Xocasən yolunda qeydə alınmış videodan görünür ki, 58 BX 138 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobilin sürücüsü təmir gedən, beton pilitələrlə kəsilmiş dar yolda əks istiqamətə çıxır. Bu zaman digər hərəkət iştirakçısına real təhlükə yaradır.
Bundan sonra sürücü elə əks istiqamətdə yoluna davam edərək qarşıdan gələn nəqliyyat vasitələrinin önünə çıxır. Ona etiraz edən sürücülərə isə əl-qol hərəkətləri ilə kobudluq edir.
Nəzərə alsaq ki, onsuz da dar olan yolda manevr imkanları məhduddur, bu sürücünün real qəzaya, hətta ölümə getdiyi aydın olur. Sürücülər arasında belələri “kamikadze” adlandırılır. Çünki qəza anında özü ilə bərabər digərlərinə də zərər vurur. Videonu təqdim edirik. Yəqin ki, Dövlət Yol Polisi əməkdaşları sürücünü aşkar edərək barəsində müvafiq qaydada tədbir görüb, yaxud bu videodan sonra tədbir görəcəklər.
https://youtu.be/0zSJFW8-pUo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı