Bakıda iki uşaq anası öldürüldü
Bakıda dəhşətli qətl törədilib.
Publika.az xəbər verir ki, dünən günorta saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fətəliyev küçəsində yerləşən yaşayış binasının qarşısında 1977-ci il təvəllüdlü Məmmədov Vüsal Nizami oğlu həyat yoldaşını bıçaqlayaraq öldürüb.
Belə ki, binanın girişinin qarşısında 42 yaşlı Vüsal həyat yoldaşı qısqanclıq zəminində 1978-ci il təvəllüdlü Fəridə Nuriyevaya bıçaqla çoxsaylı zərbələr endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Bildirilir ki, ailədə xeyli vaxtı imiş ki, problemlər varmış. Belə ki, Vüsal Məmmədov müxtəlif vaxtlarda həyat yoldaşını qısqanclıq zəminində döyüb. Onların arasında bir neçə dəfə məhkəmə çəkişməsi də olub.
Hadisədən sonra Vüsal Məmmədov tutularaq istintaqa təhvil verilib. Cütlüyün 2 uşağı qalıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, bəzi məlumatlarda kişinin arvadının başını kəsərək binadan atdığı bildirilsə də, bu informasiya təsdiqini tapmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda maşın vuran piyadanın ayağı qopdu - ŞOK VİDEO (22+)
Bakıda 13 yaşlı oğlan itkin düşüb
“Araz” kafesində əxlaqsızlıq yuvası açanlar barəsində qərar
Yasamalda avtomobil piyadanı vurub
Azərbaycanda gənc özünü güllələdi
Bakının Yasamal rayonunda 3 avtomobil toqquşub - VİDEO
"E-manat" və "MilliÖn"dən külli miqdarda pul oğurlanıb