Bakıda iki nəfərin ölümünə səbəb olan sürücü dərman qəbul edibmiş

Binə qəsəbəsində marşrut avtobusunun qatarla toqquşması nəticəsində baş verən qəzaya görə təqsirləndirilənlər – avtobusun sürücüsü Əlixan Şirəliyev və xətt üzrə daşıyıcı şirkət olan “Ayşən LTD” MMC-nin dispetçeri Mübariz Fərəcovun məhkəməsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, məhkəmədə Ə.Şirəliyev ifadə verərək hadisənin necə baş verməsini danışıb. O bildirib ki, bir neçə ildir 160 saylı marştur xəttində avtobus sürücüsü kimi işləyir: “Hadisə günü mən işləmirdim. Günorta Elşən dedi özünü yaxşı hiss etmir, xahiş etdi ki, onun yerinə işləyim. Mübariz məni yoxladı, reysə çıxdım. Binədən adamları götürüb yola düşdüm. Dəmir yoluna çatanda şlaqbaum açıq idi, önümü görüdüm. Amma sağ tərəfdə sərnişin çox idi deyə sağı görmürdüm. Ona görə də qatarın gəldiyindən xəbərim olmayıb. Bir də avtobus qatarla toqquşanda hiss elədim”.
İstintaq zamanı ekspert rəy verib ki, Ə.Şirəliyev kəsin intoksikasiya yaradan preparat qəbul edib. Lakin sürücü bunu təkzib edib.
Qeyd edək ki, qəza nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı