Bakıda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.
Belə ki, 80 yaşlı Fəttahov Hidayət Seyidmiri oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə köməkçi yoldan qəfil Mehdi Hüseynzadə küçəsinə daxil olub. Bu vaxt yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobilin sürücüsü, 39 yaşlı Həsənov Rafiq Tolik oğlu idarəetməni itirib və onun avtomobili “VAZ 2106”-ya çırpılıb. Zərbənin gücündən “VAZ 2106”-nın sürücüsü H.Fəttahov hadisə yerində keçinib. “Mercedes” isə evin daş hasarına çırpılıb.
“Mercedes”in sürücüsü R.Həsənov və “VAZ 2106”-da olan sərnişin – H.Fəttahovun həyat yoldaşı, 1948-ci il təvəllüdlü Fəttahova Ətayə Nuhbala qızı xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı