17.12.2019 - 09:55
Hadisə
14 baxış
Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var - FOTO
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
APA xəbər verir ki, avtoqəza metronun “Qara Qarayev” stansiyasının yaxınlığında qeydə alınıb.
Hadisə zamanı “Tofaş” markalı minik avtomobili “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə “Tofaş” markalı avtomobildə olan sərnişin – 1994-cü il təvəllüdlü Mehdiyev Asim Rasim oğlu xəsarət alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYPŞ-nin əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin olunub.
Faktla bağlı araşdırma aparılır.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
20.10.2026 - 14:34
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
20.10.2026 - 12:14
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24