Bakıda “Hyundai” aşıb, 2 nəfər xəsarət alıb - Video
Bakının Nizami rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, prospektdə hərəkət edən “Mercedes” markalı avtomobil qarşıda hərəkətdə olan, xanım sürücünün idarə etdiyi “Hyundai” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Hyundai” markalı avtomobilin təkərinin çıxması nəticəsində maşın aşıb.
Hər iki avtomobilin sürücüsü xəsarət alıb.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və Nizami rayonu Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yüksək sürətlə arxadan gələrək “Hyundai” markalı avtomobilə çırpılan “Mercedes” markalı avtomobilin sürücüsünün spirtli içki qəbul etdiyi məlum olub.
Fakt araşdırılır.
https://youtu.be/CB1R5SQmlS0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı