Bakıda həbsdə olan oğluna narkotik aparan qadın saxlanılıb - FOTO
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək barəsində 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Cavadov Miryusif Sabir oğlu ilə qısamüddətli görüşə gəlmiş anası, Bakı şəhər sakini Paşayeva Ofelya Paşa qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan plastmas xama qabının içərisində gizlədilmiş ümumi çəkisi 3,411 qram olan narkotik maddə – marixuana və ümumi çəkisi 4,217 qram olan narkotik maddə – heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
ƏLAQƏLİ
Deputatın oğlunun adı qarışdığı qətl hadisəsi ilə bağlı yeni məlumatlar

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Deputatın oğlunun adı qarışdığı qətl hadisəsi ilə bağlı yeni məlumatlar
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Bakıda kafedə baş verən qətl hadisəsində deputatın oğlu şübhəli bilinir
Bakıda ölümlə nəticələnən davada deputatın oğlu iştirak edib
82 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı
Narkotik ticarətində xarici vətəndaşlarla əlaqəli şəxslər saxlanıldı