Bakıda gənclərdən şəhidlərin ruhuna hörmətsizlik - Məşələ çıxdı (VİDEO)
Bakıda “Şəhidlər Xiyabanı”da xoşagəlməz hadisə yaşanıb.
Sosial şəbəkədə yayılan videoda yeniyetmə gənc məşəl qarşısında görüntülənib. O, abidənin divarına çıxaraq əylənib və bu hərəkətlərini kameraya çəkib.
Dostları ilə əylənmək üçün “Şəhidlər Xiyabanı”nı seçən gənc torpaq, vətən uğrunda canından keçən şəhidlərimizə hörmətsizlik edir.
Nəzərə alsaq ki, Bakı müasir şəhərdir və gənclərin istirahəti üçün kifayət qədər əyləncə məkanları var. Ancaq bu gənclər hər il bütün Azərbaycanın 20 Yanvar hadisələrini yad etmək üçün axın etdiyi, göz yaşı tökdüyü, müqəddəs saydığımız xiyabanı əyləncə məkanı ilə səhv salıb.
Müstəqillik uğrunda canından keçən şəhidlər bugünkü gəncliyi qorumaq, Azərbaycanın gələcəyini xilas etmək etmək üçün əliyalın tanka-tüfəngə sipər olub. Çox təəssüf ki, bu gün bəzi gənclərimiz 20 Yanvardakı şanlı tariximizdən xəbərsiz şəhidlərin ruhuna hörmətsizlik edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda fahişəliklə məşğul olan qadın: "Məmurlar da yanıma gəlir" (VİDEO)
Ölü yerində də tort? - Yas mərasimində YENİLİK - Din xadimi QINADI
Komitədən Hadı Rəcəblinin otelindəki təcavüzlə bağlı AÇIQLAMA
Avtobus zolaqlarına bu halda girmək olar - Rəsmi
Şəhid qızını vurub öldürən biznesmen oğlu həbsxanadan çıxdı