Bakıda gənc oğlan və qızı "Kamaz"la vurub öldürən sürücü saxlanılıb
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluq Bakıda gənc oğlan və qızın yol qəzasında ölümü ilə bağlı məlumat yayıb.
“Minval.info”nun xəbərinə görə, məlumatda bildirilib ki, dekabrın 10-da saat 21 radələrində Şabran rayon sakini 1993-cü il təvəllüdlü Ağayev Təbriz Rövşən oğlunun etibarnamə əsasında idarə etdiyi “Kamaz 53212” markalı 17-BC-869 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçən piyadalar Cabbarlı Tural Mustafa oğlu və Sultanlı Dilarə Bəxtiyar qızını vurması nəticəsində sonuncular hadisə yerində vəfat ediblər.
Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin və sürücünün ifadəsi alınıb, zəruri sənədlər toplanaraq cinayət işinə əlavə edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilib.
T.Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq müdafiəçinin iştirakı ilə dindirilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sumqayıtda iki avtomobil toqquşub, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb
80 yaşlı qadına təcavüz etmək istədi - Foto
Toyda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanaya yerləşdirilib - VİDEO
Bakıda dost dostunu zarafata görə bıçaqlayıb
Bakıda ev külə döndü
Arvadına hirslənib, xalasının evinə od vurdu - Video
Oğlunu itirən azərbaycanlı məşqçinin ürəyi partladı - FOTO