11.04.2019 - 15:05
Hadisə
22 baxış
Bakıda gənc borca görə depressiyaya düşüb, özünü öldürdü - FOTO
Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib.
Minval.info News24.az-a istinadla xəbər verir ki, 26 yaşlı oğlan özünü öldürüb. Bu barədə Xəzər rayon Prokurorluğundan məlumat verilib.
Fevralın 9-u axşam saat 21.00 radələrində Mərdəkan qəsəbəsində yerləşən şəxsi evlərin birindən İsakov Hüseyn Fuad oğlunun cəsədi aşkarlanıb. Mərhum hadisə zamanı evdə tək olub və naqillə özünü asıb.
Məlum olub ki, H. İsakov pul borcu olduğu üçün özünə qəsd edib. O, yaxın tanışından bəlli məbləğdə borca pul alıb və onu qaytara bilməyib. Bu səbəbdən də depressiyaya düşüb. Nəticədə məlum hadisə baş verib.
Hadisə ilə bağlı araşdırma davam edir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
20.10.2026 - 14:34
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
20.10.2026 - 12:14
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24