Bakıda Formula 1 yarışları daha 5 il keçirilə bilər - RƏSMİ
Arif Rəhimov: “Azarkeşlərin Azərbaycan Qran-Prisinə maraqları böyükdür”
İyun ayında Azərbaycan Qran-Prisinin təşkilatçıları qərar verməlidirlər. Belə ki, Formula 1 Azərbaycan Qran-Prisinin Azərbaycanda keçirilməsi 2020-ci ildə bitir. Müqaviləni daha 5 il artırılıb–artırılmamasına təşkilatçılar qərar verməlidir.
Minval.info saytı “Sputnik”ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqasının rəhbəri Arif Rəhimov bildirib.
O deyib ki, Azərbaycan tərəfi yarışı keçirmək üçün xərclərin çox olduğunu nəzərə alaraq ödənişləri azaltmaq istəyir: “Müqavilə şərtlərini müzakirə edən zaman pul məsələsi danışılan şərtlərdən sadəcə biridir. Bir neçə belə məsələlər müzakirə olunur. Bir tərəfdən Formula 1–in Azərbaycanda keçirilməsinin davamlı olmasını istəyirik, digər tərəfdən də anlayırıq ki, bu yarış üçün lazım olandan daha çox pul ödəyirik. Ona görə də biz ortaq məxrəcə gələcək bir qərar qəbul etməyə çalışırıq. Düşünürəm ki, Formula 1 bizim üçün çox şey edib. Amma bildiyimə görə bu layihə nəinki bizim üçün, elə Formula 1 üçün də maraqlıdır. Eyni zamanda azarkeşlərin də Azərbaycan Qran-Prisinə maraqları böyükdür. Bizə Azərbaycanda Formula 1 yarışı keçirmək çox xoşdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
La Navidad qalası: ilk İspan məskəninin sirri hələ də açılmayıb
Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü
Bir əsr əvvəl Nargindən qaçan türk pilot
Süni intellekt Napoleonun 217 illik mesajını deşifrə etdi
Bandunq konfransı: supergücləri qorxudan tarixi görüş