Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Bakıda evli bir kişi, özündən 13 yaş kiçik bir qızı qaçırmaqda ittiham olunur. Binəqədi Rayon Məhkəməsində bu iş üzrə məhkəmə prosesi başa çatıb və təqsirləndirilən Kərim Kərimova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Minval.info xəbər verir ki, 1997-ci il təvəllüdlü Kərim Kərimov, 14 yaşlı S.S.-ni 2026-cı ilin yanvar ayında Bakı şəhərində qaçırıb. Onlar “Snapchat” sosial şəbəkəsi vasitəsilə tanış olublar. Kərim Kərimov, qızın istəyi ilə onu qaçıraraq əmisinin evinə aparıb.
Məhkəmədə Kərim Kərimov ifadəsində bildirib ki, S.S.-nin anasının xahişi ilə qızı geri qaytarıb. O, valideynlərinə bu barədə məlumat verdiyini, lakin onların razı olmadığını qeyd edib. Zərərçəkmiş S.S. isə Kərimlə 2025-ci ilin dekabrında tanış olduğunu və onun əvvəlcə subay olduğunu düşündüyünü, lakin sonradan evli olduğunu öyrəndiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb