Bakıda evdən 11 600 manat pul oğurlayan dəstə üzvləri saxlanıldı - VİDEO
Paytaxtın Suraxanı rayonunda evlərdən birindən oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, naməlum şəxslər zərərçəkənin mənzilindən 11 600 manat oğurlayıblar.
ƏLAQƏLİ
Deputatın oğlunun adı qarışdığı qətl hadisəsi ilə bağlı yeni məlumatlar
Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Mübariz Yəhyayev, Natiq Əhmədov, Şahin Rzazadə və Kəmalə Mehdiyeva saxlanılıblar.
Oğurlanan pulun bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq götürülüb.
Suraxanı RPİ əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakinləri Zamiq Heydərov və Asudə Sultanova saxlanılıblar.
Onların üzərindən və yaşadıqları evlərdən heroin, eləcə də digər növdən olan narkotik vasitələr aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər barəsində Suraxanı RPİ-nin İstintaq Şöbəsinə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
https://youtu.be/6yk3VUN50IA
ƏLAQƏLİ
Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi qətllə bağlı yeni detallar
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Deputatın oğlunun adı qarışdığı qətl hadisəsi ilə bağlı yeni məlumatlar
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Bakıda kafedə baş verən qətl hadisəsində deputatın oğlu şübhəli bilinir
Bakıda ölümlə nəticələnən davada deputatın oğlu iştirak edib
82 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı
Narkotik ticarətində xarici vətəndaşlarla əlaqəli şəxslər saxlanıldı