Bakıda dünya çempionatını izləyən gözəllər - FOTOLAR
Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatı başa çatdı.
İyunun 5-dən 9-na kimi keçirilmiş dünya çempionatında əsasən Avropa və Amerika qitəsindən olan uşaq, yeniyetmə, gənc, elit və veteran velosipedçilər iştirak etdi.
Məhz bu üzdən ölkəmizə çoxlu sayda bu qitələrdən tamaşaçı gəlmişdi. Əvvəla onu qeyd edək ki, birgünlük biletlər böyüklər üçün 38, uşaqlar üçün 12 manat nəzərdə tutulmuşdu. Ancaq dünya çempionatının bütün yarış gününə bilet almaq istəyənlər üçün qiymətlərdə güzəşt olunurdu. Belə ki, həftəlik qiymətlər böyüklər üçün 152 manat idisə, uşaqlarda bu qiymət 50 manat idi.
ƏLAQƏLİ
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
Yarışın keçirildiyi Şıxov qəsəbəsində yerləşən Veloparkda tamaşaçılar üçün hər cür şərait yaradılmışdı. Üzünü boyamaq istəyən 5 manatından, belində ölkəsinin böyük bayrağını əks etdirmək istəyən isə 15 manatından keçməli idi. Havanın isti olduğunu nəzərə alsaq, tamaşaçılar üçün su, pivə, çayların satışı da təşkil edilmişdi. Həmçinin müxtəlif qidalar da tamaşaçılar üçün satışa qoyulmuşdu.
Beynəlxalq Velosiped Birliyi (UCI) Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığını yüksək qiymətləndirdi və dünya çempionatının bayrağı növbəti dəfə analoji yarışın keçiriləcəyi Belçika nümayəndəsinə təqdim olundu.
Sonda yarışı izləyən, dünya çempionatına ayrıca zövq qatan xanım azarkeşlərin fotolarını təqdim edirik: (oxu.az)
:
































Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU
































