Bakıda dəhşətli hadisə: Nişanlı qız müdirinə görə intihar etdi? - FOTO, VİDEO
Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Əsəd Əhmədov küçəsində intihar hadisəsi baş verib.
Minval.İnfo xəbər verir ki, ilkin məlumata əsasən 23 yaşlı Firuzə adlı qız özünü binanın 7-ci mərtəbəsindən yerə atıb. Gənc qız yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə polis və Yasamal rayon Prokurorluğunun əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.
İddialara görə, gənc qız gözəllik salonunda çalışırmış. Bir müddət öncə salonda oğurluq hadisəsi baş verib və salon sahibi Firuzəni oğurluqda ittiham edib. Ona bir neçə gün ərzində itən 1000 manat pulu gətirməsini əmr edib. Firuzə isə oğurluq etmədiyini, hadisədən xəbərsiz olduğunu bildirib. İddia olunur ki, gənc qız bu səbəbdən intihar edib.
Mərhumun qonşularının saytımıza verdiyi məlumata görə, Firuzə nişanlı olub və bu yaxınlarda toyu olacaqmış.
Hadisə haqqında ətraflı məlumat almağa çalışırıq.
Minval.İnfo
ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı