Bakıda dayısının himayəsində qalan 11 yaşlı qız evdən qaçıb - Təfərrüat
Bakının Xətai rayonunda 11 yaşlı qız itkin düşüb.
ONA-nın məlumatına görə, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Tural Elman oğlu Əliyev aprelin 17-də Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bacısı qızı, 2008-ci il təvəllüdlü Ləman Azad qızı Əliyevanın elə həmin gün səhər saat 05:00-da S.Orucov küçəsi 15 saylı ünvanın qarşısından yoxa çıxdığını bildirib.
Daxil olan müraciət əsasında axtarışlara başlanıb.
ONA-nın əldə etdiyi məlumata görə, 11 yaşlı L. Əliyeva anası vəfat etdikdən sonra dayısının himayəsində yaşayıb. Qızın atası isə Rusiyada yaşayır. Ehtimal olunur ki, L.Əliyeva dayısının evindən qaçaraq atasının qohumlarına gedib. Hazırda onun yerinin müəyyən olunması istiqamətində axtarışlar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO