Bakıda daha bir fəhlə tikinti meydançasında öldü
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tikinti meydançasında daha bir fəhlənin ölüm faktını qeydə alıblar.
Oxu.Az-a sözügedən idarədən verilən xəbərə görə, bədbəxt hadisə sentyabrın 23-də, saat 15:00-da Nobel prospektində yerləşən “Ağşəhər”də baş verib. Fəhlə – Quba rayon sakini, 1996-cı il təvəllüdlü Nicat Əjdər oğlu Qonaqov yeddimərtəbəli yeni tikilinin üçüncü mərtəbəsindən yıxılıb.
Zərərçəkəni “Baku City Hospital”a aparıblar, növbəti gün N.Qonaqov ölüb.
Hazırda faktla bağlı araşdırma başlanılıb.
Rayon prokurorluğu tikinti meydançasında təhlükəsizlik tədbirlərinin nə üçün görülmədiyini araşdırır.
Qeyd edək ki, tikinti şirkətləri zəruri təhlükəsizlik tədbirləri görmədiyindən, Bakıdakı tikinti meydanlarında yuxarı mərtbədən yıxılmaqla ölüm faktı müntəzəm şəkildə qeydə alınır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı