Bakıda daha altı qız tələbə zəhərləndi
Bakıda altı tələbə qız dəm qazından zəhərlənib.
Minval.info-nun məlumatına görə, bununla bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə məlumat daxil olub. Xəzər Universitetinin tələbələri olan 6 qız Təcili Tibbi yardım avtomobili ilə xəstəxanaya gətiriliblər.
Onlar müəssisəyə dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olublar. Çağırış saat 4:47 radələrində olub. Qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev prospekti 76, mənzil 28-də baş verib.
Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında da zəhərlənmə hadisəsi baş vermişdi. İlkin ehtimala görə, qidadan zəhərlənən 1 qız tələbə ölmüş, digər ikisi isə xəstəxanaya yerləşdirilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı