Bakıda dənizdən gənc qızın meyiti tapıldı - FOTO (18+)
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Tropikanka” çimərliyinin ərazisində naməlum qadın meyiti tapıb.
Bu barədə Oxu.Az-a Polis İdarəsindən məlumat verilib.
Aprelin 17-də səhər saatlarında hüquq-mühafizə orqanları əməkdaşları sudan şəxsiyyəti indiyə kimi müəyyən edilməmiş qadın meyiti çıxarıb. Onun intihar etdiyini ehtimal edilir.
Polis əməkdaşları vətəndaşlara müraciət edərək, qadının kimliyini müəyyən etməkdə köməklik göstərməyi xahiş edir. Şəkildəki qadını tanıyanların Su Nəqliyyatında Polis İdarəsinin +(99450) 200-58-08 əlaqə nöməsinə zəng vurmaları xahiş olunur:
Qadının əlamətləri: 25-35 yaşlarında, boyu 158-159 sm, saçları qara, gözləri qonur. Kriminalistlər qadında 16 qızıl dişin (səkkiz yuxarıda, səkkiz aşağıda) olduğunu bildirir. Əynində idman üslublu triko, qara uzunboğaz sviter, qırmızı baletka-tufli var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
