Bakıda dəhşət - qırımızı işıqda keçən sürücü ağır qəza etdi
Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info APA-ya istinadla xəbər verir ki, hadisə Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.
Məlumata görə, Vüqar Xəlilov idarə etdiyi “QAZel” markalı yük maşını ilə Salatın Əsgərova küçəsində işıqforun yaşıl işığından keçib. Bu zaman R.Behbudov küçəsində işıqforun qırmızı işığından keçən və 19 yaşlı Abdullayev Qorxmaz İldırım oğlunun idarə etdiyi motosiklet “QAZel”ə çırpılıb.
Motosikletin sürücüsü Q.Abdullayev və sərnişin – 26 yaşlı Heydərov İsmayıl Səfər oğlu ağır xəsarət alıb. Əraziyə cəlb olunan polislərin köməkliyi ilə yaralılar xəstəxanaya çatdırılıb. Qəza nəticəsində yük avtomobilinin benzin çəni də zədələnib, ətrafa yanacaq dağılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
https://www.youtube.com/watch?time_continue=16&v=Qf1icvhv5JU&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı