Bakıda böyük təhlükə – Yanacaq daşıyan maşının sürücüsü "avtoşluq" etdi – VİDEO
Bakıda yanacaq daşıyan maşın yüksək sürətlə hərəkət edib.
Sürücü maşını 100 km/saatdan da çox sürətlə idarə edib.
Görüntüdən aydın olur ki, yanacaq daşıyan avtomobilin sürücüsü qaydaları kobud şəkildə pozur və bununla həm öz, həm də digərlərinin həyatını təhlükəyə atır.
Ekspertlər isə bu halın qanunvericiliklə qadağan edildiyini deyirlər. Qanunvericilik heç bir halda bu avtomobilin belə sürətlə hərəkət etməsinə icazə vermir.
Ekspert Elməddin Muradlının sözlərinə görə, bu tip təhlükəli maddə daşıyan avtomobillər üçün hətta şəhərətrafı yollarda belə maksimum sürət 60 və ya ən yaxşı halda 70 seçilir.
Çünki bu maşınların qəzalarının fəsadları da böyük olur.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl də Kürdəmir rayonunda mişar daşı yüklü avtomobilə arxadan gələn yanacaq daşıyan maşın çırpılmışdı.
https://youtu.be/zf4AcqUPqaM
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Goranboyda qadını ata bağlayaraq döyən şəxs barədə qərar verildi
Dəhşətli faciə: Yeniyetmə 9-cu mərtəbədən yıxılaraq öldü
Azərbaycanda film kimi hadisə - 10 yaşlı qız qaçırıldı
Bakıda çay evində 61 yaşlı kişi çaydanla öldürüldü
Nişan mərasimi edənlər saxlanıldı - Bəy cərimələndi (FOTO)
Bakıda çoxmərtəbəli binada yanğın: "Avtomobillərə ziyan dəydi" - Video, Foto