Bakıda balıqların kütləvi tələfatı qeydə alınıb: Nazirlik səbəbi açıqlayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Pirşağı gölündə balıqların kütləvi tələfatı ilə bağlı yayılan videoya münasibət bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktor əvəzi Mehman Axundov ONA-ya deyib ki, Pirşağı gölü durğun göldür: “Yəni, göldəki sular dayanan sulardır. Həmin gölün yaxınlığından Abşeron suvarma kanalı keçir. Pirşağı gölünə böyük həcmdə çirkab suları axıdılır. Həmçinin gölün yaxınlığında yerləşən “2-ci sovxoz” adlanan təsərrüfatdan da ora çirkab suları tökülür”.
Nazirlik rəsmisi bildirib ki, Pirşağı gölündə yay aylarında balıqların tələfatı müşahidə edilir: “Nazirliyin nümayəndələri bu hadisə ilə əlaqədar göldən su nümunələri götürüb. Aparılan araşdırma nəticəsində aydın oldu ki, göldəki suda oksigenin həll olunmuş miqdarı dəfələrlə aşağı düşüb. Həmçinin suyun səviyyəsi də normadan 60-70 sm aşağıdır. Balıqların tələfatı da məhz bunlarla bağlıdır”.
Qeyd edək ki, sözügedən video “Facebook”da “Azərbaycan Balıqçılar İttifaqı” adlı ümumi qrupda paylaşılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı