Bakıda avtoxuliqan belə ələ keçdi- VİDEO
Qoşa xəttin tələbini pozaraq qarşı hərəkət zolağına çıxır.
Yol polisi sürücüyə dəfələrlə ”saxla” əmri versə də buna məhəl qoymayaraq təkrar kobud qayda pozuntuları törədərək qaçır.
Görüntülər Bakıda ”Təhlükəsiz Şəhər” kameralarına düşüb. Yol polisinə dəfələrlə manevretmə qaydasını pozan, işıqforun qırmızı işığından keçən və qoşa xəttin tələbin pozan sürücü ilə bağlı məlumat daxil olub. Dərhal Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları həmin sürücünün izinə düşərək onu təqib ediblər.
Uzun təqibdən sonra 21-ci polis bölməsinin əməliyyatçıları və yol polisi hərəkət iştrakçılarına təhlükə yaradaraq avtoxuliqanlıq edən ”99 AM 356” dövlət qeydiyyat nişanlı, avtomobilin sürücüsü, Bakı şəhər sakini, 30 yaşlıKamil Umud oğlu Babayevi Nəsimi rayonu ərazisində saxlayıb. Saxlanılarkən polis onun başqa əməllərinin də üstünü açıb.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, sürücü barəsində toplanan materiallar qərar qəbul edilməsi üçün məhkəməyə göndəriləcək.
Məhkəmədə avtoxuliqanlıq əməlləri sübut edilən Kamil Babayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılaraq, 1 ay müddətinə inzibati həbs olunub. Eləcə də, polisin qanuni tələbinə tabe olmadığına görə 200 manat cərimə edilib.(Xezerxeber.az)
https://www.youtube.com/watch?v=YRjN8IIXyWo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Girnə sahillərində batan gəmidə 16 nəfər itkin
Uzun oturmaq xərçəng riskini artırır
Nepalda 9 gün tuneldə qalan işçilər xilas edildi
Şəmkirdə dərmandan zəhərlənən qadın öldü
Xırdalanda güclü yanğın: FHN dərhal müdaxilə etdi
Normadan artıq yüklənmə: Yollar və həyat üçün təhlükə!
Goranboyda partlayış sonrası təhlükəsizlik bərpa edildi