Bakıda avtomatlı şəxs saxlanıldı
Bakı sakinindən avtomat götürüldü.
DİN-in mətbuat xidmətindən Minval.info bildirilib ki, Sabunçu rayon Polis idarəsi 12-ci polis şöbəsinə əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Çingiz Maşallayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.
“Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “AKM” markalı avtomat, 21 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Ç.Maşallayev ifadəsində həmin silah-sursatın ona məxsus olduğunu və bir müddət əvvəl Ramana qəsəbəsindən tapdığını bildirib” – rəsmi məlumatda qeyd edilir.
Faktla bağlı Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident və xanımı “Meysari Grand Hotel SPA”nın açılışında
VACİBYollarda təhlükə artır: DYP-dən ciddi xəbərdarlıq
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
Birinci xanımlar Bişkekdə görüşdü - FOTOLAR
İlham Əliyev Ərdoğanla görüşdü - FOTO
İlham Əliyev Paşinyanla görüşdü
İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi