25.08.2019 - 10:20
Hadisə
20 baxış
Bakıda avtobus üç piyadanı vurub, biri ölüb - FOTO
Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, avtoqəza zamanı piyadaları avtobus vurub.
Belə, Zabrat qəsəbəsində qeydə alınmış yol qəzasında 186 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu üç piyadanı vurub. Nəticədə onlardan biri hadisə yerində dünyasını dəyişib, daha iki nəfər isə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir.
Hadisənin təfərrüatlarını Sabunçu polisi araşdırır.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
20.10.2026 - 14:34
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
20.10.2026 - 12:14
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24