Şıxəli Qurbanov küçəsində təmir işləri başlayır — Marşrut xətləri necə hərəkət edəcək?
Bakıda Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Minval.info xəbər verir ki, bu səbəbdən avqustun 7-dən 10-dək bir sıra avtobus marşrutlarının hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib:
-
33, 52, 65 və 79 nömrəli marşrutlar:
-
İstiqamət üzrə: Füzuli və Abdulla Şaiq küçələri, İnşaatçılar prospekti və Abbasqulu ağa Bakıxanov küçəsi ilə;
-
Əks istiqamətdə: Abbasqulu ağa Bakıxanov küçəsi, İnşaatçılar və Nəriman Nərimanov prospektləri, eləcə də Mirzəağa Əliyev küçəsi ilə təşkil olunacaq.
-
-
14 və 96 nömrəli marşrutlar:
-
İstiqamət üzrə: Füzuli və Abdulla Şaiq küçələri ilə;
-
Əks istiqamətdə: Nəriman Nərimanov prospekti və Mirzəağa Əliyev küçəsi ilə hərəkət edəcək.
-
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 50 milyon manata yeni qəsəbə tikilir
Prokurorluq orqanlarına qəbul imtahanının tarixi açıqlandı
Hacıqabulda bir neçə küçə əsaslı təmir olunacaq
Azərbaycanda yeni qəsəbənin inşasına başlanılır
Bakının Nəsimi rayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq
Səlim Müslümov Milli Aviasiya Akademiyasında dərs deyir