Bakıda 9 marşrut xətti dəyişdi: Hansı küçələrdən keçəcək?
Bakının Həsən Seyidbəyli küçəsində aparılan təmir işləri səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunub. Bu tədbirlər nəticəsində 9 marşrut xəttinin istiqamətində dəyişiklik edilib.
Minval.info xəbər verir ki, Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu barədə məlumat yayıb. Bildirilir ki, 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205 nömrəli marşrutlar artıq Azərbaycan prospekti, Şəmsi Bədəlbəyli küçəsi, Füzuli küçəsi, Abdulla Şaiq küçəsi, Nəriman Nərimanov prospekti və Mikayıl Müşfiq küçəsi ilə hərəkət edəcək.
Eyni zamanda, 6, 10, 31, 37, 77 və 205 nömrəli marşrutların “İçərişəhər” metrostansiyasına doğru hərəkəti Parlament prospekti ilə təşkil olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 50 milyon manata yeni qəsəbə tikilir
Prokurorluq orqanlarına qəbul imtahanının tarixi açıqlandı
Hacıqabulda bir neçə küçə əsaslı təmir olunacaq
Azərbaycanda yeni qəsəbənin inşasına başlanılır
Bakının Nəsimi rayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq
Səlim Müslümov Milli Aviasiya Akademiyasında dərs deyir