27.11.2019 - 10:30
Hadisə 1 baxış

Bakıda 43 yaşlı qadını avtomobil vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə Balaxanı yolunda qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1976-cı təvəllüdlü Məmmədova Rəsiqə Ağadadaş qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona kəllə-beyin travması, döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Xəstə həkim nəzarətinə götürülüb, faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: