Bakıda 21 yaşlı oğlan əmisi oğlunun arvadını qaçırdı
Bakıda Koroğlu Rəhimov küçəsində kirayə mənzildə yaşayan 1992-ci il təvəllüdlü F.A. aprelin 10-da saat 20:00-da Nərimanov rayon 18-ci Polis Bölməsinə müraciət edib.
Minval.info xəbər verir ki, hüquq-mühafizə orqanlarından Oxu.az-a daxil olan məlumata görə, o, 1996-cı il təvəllüdlü həyat yoldaşı A.M.-nın 1999-cu il təvəllüdlü əmisi oğlu E.B. tərəfindən qaçırıldığını bildirib.
Zərərçəkən əmisi oğlunun onun arvadını evlənmək məqsədilə qaçırdığını deyib.
Hazırda polislər sevgililərin harada olduğunu müəyyənləşdirməyə çalışırlar. Əgər qadının öz istəyi ilə ərinin qohumu ilə birlikdə qaçdığı ortaya çıxsa, sonuncunun hərəkətlərində cinayət əməli yoxdur.
Çünki ərini tərk edən qadın yetkinlik yaşındadır. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onları xüsusi karantin rejimini pozduğuna görə cərimə edə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
