Bakıda 16 yaşlı nişanlı qız zorlandı
Suraxanı rayonunda zorlama hadisəsi baş verib. Nişanlı toya qədər gözləyə bilməyib və gələcək həyat yoldaşı ilə onun iradəsinə zidd olaraq cinsi əlaqədə olub.
Minval.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Suraxanı rayon hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumata görə, fevralın 11-də Suraxanı qəsəbə sakini, 40 yaşlı A.Q. polisə müraciət edib.
Qadın bildirib ki, yeni il gecəsi (31 dekabr 2017) onun 2002-ci il təvəllüdlü qızı evlərinə qonaq gəlmiş nişanlısı – 1996-cı il təvəllüdlü Gürcüstan vətəndaşı M.Q. tərəfindən zorlanıb.
Zorlamazdan əvvəl gəncin nişanlısına psixotrop maddə verdiyi bildirilir. Hadisənin üstü bir ay yarım sonra açılıb, qızın hamilə qaldığı ortaya çıxıb.
Hələlik fakt üzrə heç kim saxlanılmayıb, 31 saylı polis bölməsi fakt üzrə araşdırma aparır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəb mədrəsə deyil, öz qaydaları var
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib