Bakı sakinindən üzərində nişangah quraşdırılmış silah götürülüb
Bakıda silahlı şəxsin tutulması istiqamətində əməliyyat keçirilib.
APA-nın məlumatına görə, paytaxtın Nərimanov rayonu ərazisində keçirilən əməliyyat zamanı bir nəfərin həbs edildiyi bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ötən gün Nərimanov rayon Polis İdarəsi əməkdaşları əldə etdikləri əməliyyat məlumatı əsasında Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə məhkum olunmuş Seymur Şahalıyevin idarə etdiyi “Volkswagen” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış keçirilən zaman oradan üzərində nişangah quraşdırılmış “Toz-8” markalı silah, həmin silaha məxsus 88 ədəd patron və 39 kiloqram 500 qram kalium permanganat (margans) aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı