Bakı şəhərinə yeni mer təyin olundu - FOTO
Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yeni vəzifə verilib.
Minval.info xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İH başçısının müavini təyin olunub.
Bakı Şəhər İH-dən verilən məlumata görə, E. Əzizov bu gün vəzifəsinin icrasına başlayıb. Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E. Əzizov həm də şəhər meri səlahiyyətini icra edəcək.
Qeyd edək ki, E. Əzizov bundan əvvəl Gəncə, Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində çalışıb.
Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov isə baş nazirin müavini təyin olunduğu üçün bir neçə aydır şəhər rəhbəri vəzifəsi boş qalıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gürcüstan quru sərhədi açsa da, Azərbaycandan gedə bilmərik
Talıbov və Röyanın BDU-ya qəbul olması ilə bağlı RƏSMİ AÇIQLAMA
“Günayı ət maşını ilə döyüb öldürüb, sonra asıblar” - FOTOLAR
