Bakı Qızlar Universiteti tələbələri köçürüldü: Yeni ünvanlar
Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq, tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi prosesi həyata keçirilib. Bu çərçivədə, 366 bakalavr tələbəsindən 191-i Azərbaycan Universitetinə, 175-i isə Odlar Yurdu Universitetinə köçürülüb.
Minval.info xəbər verir ki, Azərbaycan Universitetinə köçürülən 191 tələbənin ixtisaslar üzrə bölgüsü belədir: Coğrafiya müəllimliyi üzrə 8 nəfər, Təhsildə sosial-psixoloji xidmət üzrə 57 nəfər, Filologiya (Azərbaycan dili və ədəbiyyatı) üzrə 29 nəfər, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə isə 40 nəfər.
Odlar Yurdu Universitetinə köçürülən 175 tələbə isə Məktəbəqədər təhsil üzrə 39 nəfər, Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 31 nəfər, Xarici dil müəllimliyi (ingilis dili) üzrə 41 nəfər, Filologiya (İngilis dili və ədəbiyyatı) üzrə isə 29 nəfərdən ibarətdir.
Magistratura səviyyəsində isə 49 tələbə Pedaqogika ixtisası üzrə köçürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lamiyə Ələkbərova: Blogerlər tələbəyə nə öyrədəcək?
Abituriyentlər üçün boş plan yerləri açıqdır!
İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlər nə edəcək?
Emin Əmrullayev maarifçi gənclərlə görüşdü
Özəl universitetlərə maraq niyə azalıb?
Hadrut qəhrəmanının xanımı tələbə oldu