Bakı-Naxçıvan avtobus reysi açılır
Bu gündən Bakı-Naxçıvan istiqamətində avtobusların reysi açılır.
“Minval.info” xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.
Məlumata görə, avtobus hər gün axşam saat 21:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək və səhər saat 9:00-da Naxçıvan şəhərinə çatacaq. 5 yaşına qədər uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.
Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Biletləri avtovağzalın kassalarından və https://avtovagzal.az/ saytından onlayn qaydada əldə etmək mümkündür.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Birbank əməliyyatları Milliön terminallarında komissiyasız!
Bakı və Sumqayıtda sentyabr pensiyaları ödənildi
Azərbaycan və İordaniya arasında vizasız səyahət razılığı
Buraxılış imtahanının nəticələri açıqlandı!
Azərbaycan balı Avropa İttifaqı bazarına çıxır
Azərbaycanda erkən analıq: 2022-ci ilin statistikası
Rövşən Nəcəfdən "Sabah"a mövsüm öncəsi dəstək