Bakı metrosunda yenilik: 'bənövşəyi' xəttə 300 yeni vaqon gəlir
Bakı Metropoliteni 2030-cu ilə qədər ‘bənövşəyi’ xətt üzrə 300-ə yaxın yeni vaqonun alınmasını planlaşdırır. Bu barədə məlumatı ‘Bakı Metropoliteni’ QSC-nin baş mühəndisi Namiq Yusubov verib.
Minval.info xəbər verir ki, hazırda Bakı metrosunda 71 qatar tərkibi fəaliyyət göstərir və ‘bənövşəyi’ xətdə köhnə qatarlar istismar olunur. Yeni vaqonların alınması ilə bu xəttin modernləşdirilməsi nəzərdə tutulur.
Namiq Yusubovun sözlərinə görə, yeni vaqonların alınması yalnız ‘bənövşəyi’ xətlə məhdudlaşmayacaq. ‘Qırmızı’ və ‘yaşıl’ xətlərdə də qatarlararası intervalın azaldılması üçün əlavə qatarların alınması planlaşdırılır. ‘Qırmızı’ xətdə ‘İçərişəhər’ stansiyasında dalan yolunun tikintisi, ‘yaşıl’ xətdə isə yeni stansiyaların və dönmə kamerasının yaradılması ilə qatarların daha sıx intervalla hərəkəti təmin ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Bakıda sabah yağış yağacağı ehtimalı var
Qubanın dağlıq ərazilərinə ilki qar yağdı
Şahdağda qar yağışı qeydə alınıb
Rayonlarda şimşək və yağışlı hava şəraiti müşahidə olunur
Binəqədi şosesində zolaqlar artırıldı: hərəkət daha rahat olacaq
Bakının bəzi ərazilərində elektrik enerjisi kəsintiləri olacaq