Bakı metrosunda inqilabi yeniliklər: İnterval azaldılır, sərnişin axını rahatlaşır
Bakı metrosunda həyata keçirilən yeni layihələr, şəhərdəki tıxacları azaltmaq və sərnişin axınını daha rahat etmək məqsədi daşıyır. Bu yeniliklər metronun hər iki xəttində qatarlar arasındakı intervalı 2 dəqiqəyə endirəcək.
Minval.info xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun açıqlamasına görə, layihələr tamamlandıqdan sonra qatarlararası intervalın azalması ilə yanaşı, ehtiyat qatarlar da nəzərdə tutulacaq və sərnişin axını daha səmərəli tənzimlənəcək.
Məmmədovun sözlərinə görə, xətlərin müstəqil fəaliyyət göstərəcək olması layihənin əsas üstünlüklərindən biridir. Bu, bir xətdə baş verən nasazlığın digər xətlərin işinə təsir etməməsini təmin edəcək. Məsələn, “Qırmızı xətt”də problem yaranarsa, “Yaşıl” və “Bənövşəyi” xətlər normal rejimdə işləməyə davam edəcək.
Gələcəkdə 10 yeni metro stansiyasının tikintisi də planlaşdırılır ki, bu da sərnişindaşıma imkanlarını artıracaq və şəhər mərkəzinə yönələn yerüstü nəqliyyatın yükünü azaldacaq. Bu layihələr, həmçinin ictimai nəqliyyatın daha səmərəli təşkilinə və mobilliyin artırılmasına töhfə verəcək.
“28 May” – “Həzi Aslanov” istiqamətində sərnişin axınlarının qarışmasının qarşısı alınacaq və metropolitenin istismarı daha səmərəli təşkil olunacaq. Məmmədov bildirib ki, hazırda “Həzi Aslanov” istiqamətindən gələn sərnişinlər “28 May” stansiyasında istədikləri marşrut üzrə hərəkət etmək üçün bəzən bir qatarı buraxaraq növbəti qatarı gözləməli olurlar. Lakin layihə başa çatdıqdan sonra sərnişinlər qarşılarına çıxan ilk qatarla rahat şəkildə mənzil başına çata biləcəklər.
Layihənin Bakı Metropoliteni üçün əsas əhəmiyyəti sərnişindaşıma imkanlarının artırılması, hərəkətin təhlükəsizliyinin yüksəldilməsi və istismarın daha səmərəli təşkil edilməsidir. Şəhər baxımından isə layihə ictimai nəqliyyatın fəaliyyətini yaxşılaşdıracaq, fider zonalarında avtobus və taksi marşrutlarının metro ilə inteqrasiyasını gücləndirəcək, mobilliyi artıracaq və Bakıda sürətlə inkişaf edən mikromobillik həllərinin daha da genişlənməsinə şərait yaradacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Bakıda sabah yağış yağacağı ehtimalı var
Qubanın dağlıq ərazilərinə ilki qar yağdı
Şahdağda qar yağışı qeydə alınıb
Rayonlarda şimşək və yağışlı hava şəraiti müşahidə olunur
Binəqədi şosesində zolaqlar artırıldı: hərəkət daha rahat olacaq
Bakının bəzi ərazilərində elektrik enerjisi kəsintiləri olacaq