Bakı metrosu iş rejimini dəyişir - Bu tarixdən
“Bakı Metropoliteni” QSC mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST-Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə əlaqədar iş rejimini dəyişəcək.
“Minval.info” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, festivalın “Bakı Kristal Zalı” və Dənizkənarı Milli Parkın ərazisində keçiriləcəyi nəzərə alınaraq metronun “28 May”, “Sahil”, “İçərişəhər” və “Nizami” stansiyaları gücləndirilmiş iş rejiminə keçəcək, əlavə işçilər ayrılmaqla xüsusi növbətçilik cədvəli tərtib olunacaq.
Tədbirin keçiriləcəyi 28 və 29 may tarixləri Azərbaycanda bayram və istirahət günləri olsa da, qatarların hərəkətinin, adi iş günlərində olduğu kimi, optimal qrafik üzrə tətbiq edilməsi qərara alınıb. Bununla yanaşı, festival günlərində də ehtiyat qatarlar daim hazır saxlanılacaq. Sərnişin axınının mümkün sıx saatları tədbirlərin proqramına uyğun müəyyən olunub. Buna müvafiq olaraq ehtiyat qatarların xəttə buraxılmasının nizamlanmış qaydası planı tərtib edilib.
“Bakmil” stansiyasına və əks istiqamətdə hərəkət cədvəli iş günləri qrafikinə uyğun tənzimlənəcək.
Festivalın təşkilat komitəsi ilə əldə olunmuş razılığa və əməkdaşlıq planına əsasən, tədbirlərin keçiriləcəyi günlərdə “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında ikinövbəli olmaqla, könüllülər sərnişinlərin xidmətində olacaq. Onlar metro işçiləri ilə birlikdə sərnişinlərə gediş haqqı ödənilməsi, istiqamət və səmtin müəyyən edilməsi, habelə digər faydalı məlumatların verilməsini təmin edəcəklər. Bununla əlaqədar festivalın təşkilat komitəsində fəaliyyət göstərən könüllülər arasından seçilmiş namizədlərlə təlimatlandırma işi aparılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fazil Mustafa 2016-ci ildə orduda baş verənləri araşdırmağa çağırdı
Mədəniyyət nazirinin sabiq müavininə səkkiz il həbs cəzası verildi
Bakıda dərsdə “teloxranitel” ilə oturan şagird kimin nəvəsidir?
General deputat qardaşı oğlunun işdən çıxarılması barədə danışdı
Çimərliklərdə qiymətlər - VİDEO
Şəhərin ən böyük küçəsində söküntü işlərinə başlanılıb – REPORTAJ