Bahh Tee keçmiş xanımı döyməsi xəbərinə cavab verdi

Rusiyanın Azərbaycan əsilli reperi Bahh Tee (Bəxtiyar Əliyev) ilk həyat yoldaşı Fərqanə Qasımovanı döyməsi ilə bağlı iddialara münasibət bildirib.
MİNVAL.İNFO xəbər verir ki, ötən ilin avqustunda Fərqanə ifaçı ilə evli olduqları ərəfədə ona qarşı dəfələrlə zorakılıq etdiyini bildirib. O deyib ki, Bahh Tee onun saçından tutub sürüyüb, qollarını burub, ona əl qaldırıb.
“Стрелец-Молодец” verilişində qonaq olan reperə aparıcı bunla bağlı sual ünvanlayıb. Musiqiçi “Niyə çıxıb özünüzü müdafiə etmədiniz” sualına “İnsanlar haqda pis danışmayacam, istəmirəm. Özümə haqq qazandırım? Kimin qarşısında? Allah hər şeyi görür” cavabını verib.
O, daha sonra bu hadisədə medianı günahlandırıb:
“İkinci toyum olanda medianı zala buraxmadım. Qonaqlardan da xahiş etdim ki, gəlinin şəklini yayımlamasınlar. Ondan sonra jurnalistlərə məni vurmağa səbəb lazım idi. Nəticədə, müsahibə üçün onu tapdılar. Xoş deyildi. Çox sakit insanam, amma həmin açıqlama xoş olmadı. Həyat yoldaşım da sakit insandır. Ona görə də biz onun müsahibəsini oxuduq və durub dənizə üzməyə getdik. Bun görə heç bir addım atmadım. Önəmli olan hazırki xanımımdır: məni sevir, inanır, bəsimdir. Vəkillərim dedi ki, onu məhkəməyə verib, təzminat ala bilərik. Sual verdim ki, nə üçün? Pul qazanmaq istəyirsiniz? Mən sizə onu verəcəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!