Bağçalar sabahdan işləyəcək - Rəsmi
Sabahdan Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri (bağçalar) ənənəvi qaydada fəaliyyətini davam etdirəcək.
Bakıda fəaliyyət göstərən bağçalardan daxil olan məlumata görə, sözügedən müəssisələrə sabahdan işə davam etmələri ilə bağlı tapşırıq verilib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, aprelin 5-dən bağçaların bağlanacağı ilə bağlı rəsmi məlumat yayılsa da, təhsil naziri Emin Əmrullayev canlı yayımda Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidə bağçaların ənənəvi şəkildə fəaliyyətini davam etdirəcəyini vurğulamışdı.
Bir qədər əvvəl isə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov qeyd edib ki, bağçalarla bağlı qısa müddət ərzində təfərrüat tam aydın olacaq.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssissələri və Uşaq Evləri İdarəsindən Axşam.az-a verilən məlumata görə, Bakı şəhərindəki dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti davam edir. Bağçalarda çalışan işçi heyətin qısa müddət ərzində tam tərkibdə peyvənd olunması ilə bağlı tapşırıq verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda