"Bəzi xanəndələr uzun geyinib, elə həyat yaşayırlar ki..."
Müğənni Səidə Sultan Əməkdar artist Nigar Şabanova ilə bağlı dediyi sözlərə aydınlıq gətirib.
Axşam.az xəbər verir ki, ifaçı verilişdə sözlərinin montaj edildiyini, fikirlərini xanəndəyə aid etmədiyini açıqlayıb:
“Sual verdilər ki, dəflə oxuyan xanəndələrin estrada ifa etməsi uyğun gəlmir. Mən də cavab verdim ki, dəf dini bir alətdir? Camaat dəflə hind rəqsi oynayır. Orada Nigar Şabanovanın adını çəkdilər. Qayıtdım ki, dəflə ifa edən xanımlar məndən yaxşı maşın sürüb, yaxşı yaşayırlar. Dəfin buna nə dəxli var? Dəflə oxuyanda abırlı, dəfsiz abırsızsan? Sözü Nigara demədim, hələ təriflədim də… Dedim ki, ona dəfsiz oxumaq da yaraşır. Maqazin verilişlərinə səslənirəm, məni çağırmayın. Sərt söz deyirəm, verə bilmirsinizsə verməyin. Nigar mənə zəng edib ki, nə məsələdir. Qıza dediyim tərifi də verməyiblər. Nigarın haqqı var desin ki, sənə nə pisliyim dəyib? Sözümü verə bilmirsinizsə, çağırmayın. Mən sözümü muğam oxuyan o qızlara demişəm: uzun geyinir, əllərində dəf, məndən yaxşı yaşayırlar. Elə şeylər yaşayırlar ki, heç mən onun 1 faizini yaşamamışam. Onlara dedim ki, abırdan danışırsınızsa, hərə öz yaşayışına baxsın. Nigar, səni tanıyıram, sənin haqqında elə söz demərəm”.
Qeyd edək ki, Səidə sözügedən açıqlamanı “Şourum” verilişində verib. .
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır