“Bəzi məmurlar xalqa deyil, özlərinə xidmət edirlər” - Alp Arslan İmamqulu
“Bir qazinin maddi ehtiyac ucbatından canına qəsd etməsi cəmiyyət üçün ciddi siqnal olmalıdır. Sosial dəstək proqramları, vergi güzətləri tətbiq olunmalı, qazilərin məvacibləri artırılmalıdır”.
Bunu Bakupost.az -a açıqlamasında hərbi analitik Alp Arslan İmamqulu deyib.
O, şəhid ailələri, qazilər və Silahlı Qüvvələrdə xidmət etmiş şəxslərə qayğı göstərilməsinin vacibliyini vurğulayıb və məmurların iş prinsipi barədə də danışıb:
“İcra hakimiyyətlərində fəaliyyət göstərən məmurların çoxu cəmiyyətdə sevilməyən şəxslərdir. Buna səbəb insanların müraciətlərinə ciddi yanaşmamaq, vəzifə səlahiyyətlərini düzgün yerinə yetirməməkdir. Ölkə rəhbəri də bildirib ki, hər bir məmur Azərbaycan xalqının xidmətçisidir. Məmurlar bunun fərqində deyil. Təəssüf ki, bəzi məmurlar xalqa deyil, özlərinə xidmət edirlər. Şəxsi büdcələrini artırmaqdan başqa bir şey düşünmürlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Birbank əməliyyatları Milliön terminallarında komissiyasız!
Bakı və Sumqayıtda sentyabr pensiyaları ödənildi
Azərbaycan və İordaniya arasında vizasız səyahət razılığı
Buraxılış imtahanının nəticələri açıqlandı!
Azərbaycan balı Avropa İttifaqı bazarına çıxır
Azərbaycanda erkən analıq: 2022-ci ilin statistikası
Rövşən Nəcəfdən "Sabah"a mövsüm öncəsi dəstək