"Bətnimdə övlad, yanımda körpə..." - Lalə boşanmasından danışdı

“Mən bu həyatda özümü iki ömür sürmüş bir insan kimi adlandıra bilərəm. Hər bir kəsin həyatında sınaq olur. Mənim sınağım çətin dönəmə düşdü. Çünki bətnimdə övlad, yanımda da körpə qızım var idi. Təsəvvür edin ki, həm bu övladıma lazımam, həm də bətnimdəki uşağı sağlam dünyaya gətirməliyəm”.
Minval.info xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “Tam vaxtıdır” proqramında deyib. Boşanmasından danışan sənətçi çətin günlər yaşadığını bildirib:
“Allaha sığındım. Nə yaxşı ki, valideynlərim sağdır, onlar mənə dəstək oldular. Yoxsa həmin dövrləri keçə bilməzdim. Ayaqüstə qalmağıma, heç kəsə möhtac olmamağıma, həm maddi, həm mənəvi cəhətdən ən böyük dəstəkçim yuxarda Allah, aşağıda valideynlərim və musiqi oldu. Amma aldığım o travmalar mənimlədir. Çünki indi öz keçirdiyim hisslərdən dolayı hamilə qadın gördükdə, mənə elə gəlir ki, onun üçün nəsə etməliyəm. Amma sıfırlandım və küllərimlə yenidən doğuldum. Həyatı yenidən başlamaq böyük güc tələb edir”.
https://youtu.be/82lET7cp6eo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!