“Bəsdirin, cavan qızların həyatını söndürdünüz” - Pərvin Abıyeva
“Kişilərə həyatımızda o qədər böyük rol, dəyər veririk ki, gün keçdikcə özlərini sahibimiz sanırlar”.
“Minval.İnfo” xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə yazıb. Sənətçi sevgilisi tərəfindən öldürülən 2002-ci il təvəllüdlü Pərvin Musayevanın görüntüsünü yayımlayıb. Abıyeva eyni zamanda ötən gün qızına zəhərli iynə vuraraq öldürən ata ilə bağlı bunları qeyd edib:
“Feminist deyiləm, amma bu qətilləri gördükcə, onlara haqq qazandırmağa başlayıram. Nə yazıq! Qadınları feminizmə siz kişilər sürükləyirsiniz.
Öz övladına zəhərli iynə vurub öldürmək nə deməkdir? Allah bizə dil, şüur, beyin verib ki, danışaq, bir-birimizi anlayaq. Tanrının bəxş etdiyi bu nemətlərdən istifadə etməyib, özündən əmələ gələni belə ucuz şəkildə öldürəcəksənsə, ən yüngül cəzan edam olmalıdır. Bəsdirin, cavan-cavan qızların həyatını söndürdünüz. Səhvi olsa, belə onu yanlışdan döndərmək üçün bir çox üsul var. Ölüm çıxış yolu deyil”.
Xatırladaq ki, Bakıda 62 yaşlı Hacıağa Salmanov 35 yaşlı qızı Gülnar Salmanovanın yaşadığı evə gələrək ona zəhərli iynə vurub. Nəticədə G.Salmanova dünyasını dəyişib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!