Bərdədə 19 yaşlı oğlan intihara cəhd etdi - Yutubdakı videoya görə
Bərdədə intihara cəhd hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, 2000-ci il təvəllüdlü Abdulkərimov Kamal Rafiq oğlu mal-qaranı bitdən qorumaq üçün istifadə edilən dərmandan içib.
Bərdə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilən Şatrlı kənd sakininin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl Kamal feysbukda naməlum şəxslərlə mübahisə edib. Nəticədə onun dava etdiyi şəxslər Abdulkərimovun şəkillərindən ibarət video hazırlayaraq təhqiramiz ifadələrlə Yutubda paylaşıblar. Yaxınlarının verdiyi məlumata görə, videonun silinməsi üçün Kamal hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin video silinmədiyi üçün o, özünü öldürmək istəyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Sahil” metrostansiyasında həyəcanlı anlar yaşanıb
Tovuzda da dağlıq ərazi yanır
Karantində evini qumarxanaya çevirdi, tutuldu
Avtomobilinə aldığı qadını bıçaqla təhdid edərək, təcavüz etdi - VİDEO
22 yaşlı gənc dönərdən zəhərləndi
Dəhşətli qəza: 14 idmançı öldü
Həkim səhlənkarlığından öldüyü deyilən uşaq sağ tapıldı