"Bəhram üçün ağ ciyər donoru olmağa qərar verdim" - Hacı Nuran
Aparıcı Hacı Nuran Hüseynov koronavirus infeksiyasına yoluxan Əməkdar artist Bəhram Bağırzadə ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aparıcı aktyor üçün donor olmaq istədiyini vurğulayıb:
“Bəhram Bağırzadənin vəziyyətinin kritik olması mənim üçün üzücü xəbərdir. Belə anlarda seyirci qalmayacağım hamıya bəllidir. Könüllü olaraq ağ ciyər donoru olmağa qərar verdim. Dost yolunda canımdan can lazımdırsa, əsirgəmərəm, təki bakılı oğlan sağalsın.
Təki mənim ciyərlərim ona nəfəs verməyə qadir olsun. Çünki əlimdən dualardan və ciyərimin bir parçasını verməkdən başqa bir şey gəlmir. Tanrı möcüzə göstərsin, Bəhram… Sən bizə, dostlarına, ailənə, tamaşaçılara çox lazımsan”.
Qeyd edək ki, vəziyyəti ağır olan B.Bağırzadə hazırda reanimasiyadadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır