Bəhram Bağırzadə: "Qələbə çalacağıq, çünki həqiqət, ədalət və Allah bizim tərəfimizdədir"
Əməkdar artist Bəhram Bağırzadə “İnstagram”da paylaşdığı statusu ilə diqqət çəkib.
Minval.info bildirir ki, o, ermənilərə səslənərək, aşağıdakıları qeyd edib:
“Mən- Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə, insan nitqini hələ də qavraya bilən hər kəsə müraciət edirəm. Son onilliklər ərzində Azərbaycan bir çox dünya səviyyəli layihələr həyata keçirib. Ancaq əsas odur ki, biz 10 milyon olduq. Çünki prezidentimiz İlham Əliyev başda olmaqla, yaratdığımız gələcəyimiz var.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Siz isə əbədi müharibənizlə təkbətək qaldınız və nə vaxtsa həyatla, dahi musiqi ilə, bülbüllərin cəh-cəh ilə bürünən Qarabağ torpağını yer üzündə cəhənnəmə çevirdiniz. Xalqınızı nifrət virusu ilə yoluxdurdunuz.
Nəsillərinizə nəyi miras qoyacaqsınız? Yanmış torpaqlar, mina dolu sahələr, əsgərləriniz üçün məzar daşları, analarınız üçün qara matəm rəngi? Düşünün!
Qarabağı tərk edin, onu dağıdıcı varlığınızdan azad edin. Biz qələbə çalacağıq, çünki həqiqət, ədalət və Allah bizim tərəfimizdədir.
Biz qələbə çalacağıq, çünki sülh və yaradılış üçün doğulmuşuq. Qarabağ Azərbaycandır!”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər
Üzeyir Hacıbəyli festivalı musiqi irsini yaşadır