AzTV -nin rejissorunun ölümündən əvvəlki səsyazısı haqda araşdırma başladı
Xəbər verdiyimiz kimi, ötən gün AzTV-nin rejissoru Samir Nəcəfzadə koronavirusdan dünyasını dəyişib.
Minval.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, S. Nəcəfzadənin ölümündən əvvəl ailəsinə göndərdiyi səsyazısı sosial şəbəkələrdə müzakirə edilib. Mərhum müalicə aldığı xəstəxanada vəziyyətin pis olduğunu, xəstələrə yaxşı baxılmadığını bildirib.
O, boğulduğunu və maskayla zorla nəfəs aldığını, xəstəxananın sanitar qovşağında yer olmadığını diqqətə çatdırıb: “Vəziyyət çox pisdir. Biri ordan qışqırır, biri burdan. Əl yumağa su yoxdur. Bura çox pisdir”.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Əldə etdiyimiz məlumata görə, ki, S. Nəcəfzadə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) müalicə alıb. Bundan əvvəl də sosial şəbəkələrdə sözügedən xəstəxanada pasiyentlərə etinasız yanaşılması məsələsi müzakirə edilib.
Mərhumun atası Sabir Nəcəfzadə də saytımıza açıqlamasında itkinin onlar üçün ağır olduğunu qeyd edib. O bildirib ki, oğlunun ölümü qəfil baş verib. Yayılmış səsyazısına isə münasibət bildirməyəcəyini vurğulayıb.
“Qafqazinfo” məsələylə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevayla əlaqə saxlayıb. O məsələdən xəbərdar olduqlarını və bununla bağlı araşdırmaların getdiyini bildirib.
Aşağdakı videoda sözügedən səsyazı ilə tanış ola bilərsiniz:
https://www.youtube.com/watch?v=RmtbHzqI4J0&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"