“Aztəminatlı əhalinin güzəranı üçün operativ tədbirlər görülməlidir”
“2024-cü ilin dövlət büdcəsində orta aylıq əməkhaqqı 980 manat, orta aylıq pensiya 483 manat nəzərdə tutulur. Amma əhalinin əksəriyyətinin həm aylıq əməkhaqqı, həm də pensiyaları bu məbləğdən çox aşağıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, hökumət antiinflyasiya tədbirləri ilə yanaşı, həm də inhisarçılığa və ondan törəyən qiymət manipulyasiyalarına qarşı daha da təsirli və nəticəli tədbirlər görməlidir: “Bu il Rəqabət Məcəlləsinin tezliklə işə salınmasını vacib hesab edirik. Operativ surətdə tədbirlər görülməlidir ki, ərzaq inflyasiyasının davam etməsinin aztəminatlı, aşağı gəlirli əhalinin güzəranına mənfi təsirini azaltmaq, qiymət manipulyasiyaları və süni qiymət artımına yol verilməsinin qarşısını almaq mümkün olsun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər